12 aprel tarixində “Əli və Nino” kitab mağazasında keçirilən masterclass-lar əsl yaradıcılıq atmosferi yaratdı. Gün ərzində iştirakçılar əlfəcin toxumaqdan şam hazırlamağa, dekor qab və çanta boyamaqdan gips fiqurlara həyat verməyə qədər müxtəlif fəaliyyətlərdə özlərini sınadılar.
Rənglər, kreativ ideyalar və pozitiv enerji ilə dolu bu tədbirlər iştirakçılara həm yeni bacarıqlar qazandırdı, həm də gündəlik rutinə qısa, amma çox xoş bir fasilə oldu. Tədbir boyunca yaranan səmimi və əyləncəli mühit isə hər kəsin yaddaşında xoş xatirə kimi qaldı.