Aprel ayında “Əli və Nino” kitab mağazasının Park Bulvar filialında uşaqlar üçün xüsusi olaraq “Bəhram əmi” ilə görüşlər keçiriləcək.
Görüşlər 4–5 aprel, 11–12 aprel, 18–19 aprel və 25–26 aprel tarixlərində saat 16:00-dan 20:00-dək baş tutacaq.
Tədbir çərçivəsində uşaqlar “Bəhram əmi” ilə ünsiyyət qurmaq, maraqlı söhbətlərdə iştirak etmək və əyləncəli vaxt keçirmək imkanı əldə edəcəklər.
Valideynlər üçün isə bu görüşlər uşaqların kitab dünyasına daha çox maraq göstərməsi üçün gözəl fürsət yaradır.