Aprelin 5-də “Əli və Nino” kitab mağazasının Crescent Mall filialında həftəsonu yaradıcılıq tədbirləri keçiriləcək.
Gün ərzində iştirakçılar üçün müxtəlif mövzularda masterclasslar təqdim olunacaq. Proqrama əl işi və yaradıcılıq yönümlü fəaliyyətlər daxildir.
Saat 13:00-da “Əlfəcin toxuma” ilə başlayan proqram, ardıcıl olaraq muncuqlarla tikmə, taxta əlfəcin hazırlanması, ətir hazırlama və gips fiqurların boyanması kimi maraqlı masterclasslarla davam edəcək.
Tədbirlər uşaqların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək, onların asudə vaxtını səmərəli və əyləncəli keçirmək məqsədi daşıyır.
İştirak ödənişlidir və hər masterclass üçün ayrıca qeydiyyat tələb olunur.