Bu kitab bir müddət məni təqib edən adamın həyat hekayəsindən doğuldu. Bir gün yaxınlaşıb elə cümlə dedi ki, dayanıb onu dinləməli oldum:
"Sizin kitabınızı oxumaq üçün oxumağı öyrəndim".
Danışdıqları yalnız bir insan taleyi deyildi. KİM OLDUĞUMUZU BAŞIMIZA GƏLƏNLƏR TƏYİN ETMİR - onun hekayəsi bu heyrətamiz həqiqətin təsdiqi idi. Bu həqiqət o qədər mühüm idi ki, insanın əsl kimliyini, qeyri-adi gizli qüvvələrini üzə çıxaracaq bir kitabın yazılma- sını tələb edirdi.
"10 SƏRKƏRDƏ" bir insanın mübarizəsi ilə başlayır, ancaq çox keçmədən üzünü sənə çevirir. Əgər sənin yerinə qərarları keçmişin verməsəydi, indi kim olardın?
İnsan bəzən seçmədiyi bir həyatı o qədər uzun müddət yaşayır ki, onu öz taleyi hesab edir. Əgər gecənin bir vaxtı içindən "Başqa cür yaşaya bilərdim..." fikri keçirsə, onu susdurmağa tələsmə. Bu, peşman- lığın yox, hələ yaşamadığın əsl həyatın səsidir.
ISBN:
9789952558678
Janr:
Şəxsi inkişaf
Nəşriyyat:
Qədim Qala Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Rövşən Abdullaoğlu
Səhifə sayı:
240
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar