Otaqda dünən gecədən bəri açıq qalan radio xışıltısı var. Pəncərələr açıq, çöldən gələn küləyin sərxoşluğu ilə rəqs edir pərdələr. Səhərin bu vaxtlarında axşamdan qalma sərin meh olur, adətən. Üşünüdüyünü hiss edib gözü yumulu vəziyyətdə, əli ilə üstünə örtməyə bir şey axtarır. Heçnə tapa bilmir və hirsli baxışlarla birtəhər gözünü açır. Əsnəyərək əlləri ilə dağınıq saçlarını arxaya sığallayır və üzünü,gözlərini ovuşdurmağa başlayır. Yatağının aşağısındaki paltarlarını götürüb birtəhər geyinir və pəncərənin qarşısında dayanır. Dərindən bir nəfəs.. Necə gözəl gündür.. Kaş elə bu vaxt donsa zaman.
ISBN:
9789952850390
Janr:
Roman
Nəşriyyat:
Kitab Klubu
Cild:
Yumşaq
Müəllif:
Məsudə Cabbar
Səhifə sayı:
101
Dil:
Azərbaycan
Метка:
Ekspress
Çəki, g:
250
Məhsul haqqında rəylər 1
Müəllifin təsvir etdiyi hadisələr və xarakterlərin daxili ziddiyyətləri o qədər realdır ki, onları öz həyatımızda da hiss edə bilirik. Güclü mesajlarla dolu bir əsərdir.
Bənzər məhsullar