"Ağ atlı qadın" kitabının müəllifi Cəfərova Şəkər Qəzənfər qızı 1966-cı ildə Tovuz rayonunun Düzqırıqlı kəndində anadan olmuşdur. Uşaqlıqdan mütaliəyə böyük maraq göstərmiş, yüzlərlə bədii əsər oxumuşdur. Tarix müəllimi kimi fəaliyyət göstərsə də, sözə olan sevgisi, yaddaşında yaşatdığı xatirələr onu yazmağa sövq etmişdir. Nəticədə oxucunu həm duyğulandıran, həm də düşündürən bu əsəri ərsəyə gəlmişdir.Şəkər müəllimə ailəlidir, üç övladı var. Böyük qızı anasının yolunu davam etdirərək tarix müəllimi kimi fəaliyyət göstərir. Digər övladları isə fəlsəfə elmləri doktoru elmi dərəcəsi alaraq təhsil və elm sahəsində mühüm töhfələr verməkdədirlər.Müəllif bu əsərində Azərbaycan qadınının şərəfli mübarizə yolunu, dözümlülüyünü, əzmkarlığını ön plana çəkərək onu gələcək nəsillərə örnək göstərir. Real həyat hadisələri və yaşanmış duyğular əsasında qələmə alınan əsər oxucunu həyat, insan və qadın taleyi haqqında düşünməyə sövq edir.Qeyd edək ki, "Ağ atlı qadın" müəllifin ikinci kitabıdır. Onun ilk kitabı "Bənövşələr solanda" qısa müddət ərzində yüzlərlə oxucunun qəlbini fəth etmişdir. İnanırıq ki, real həyat hadisələrini özündə yaşadan "Ağ atlı qadın" da tezliklə oxucuların qəlbində özünəməxsus yer tutacaqdır.
ISBN:
9789952865448
Janr:
Müasir ədəbiyyat
Nəşriyyat:
Kritika Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Şəkər Qəzənfərqızı
Səhifə sayı:
260
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar