Əminə Sevgi Özdamar 1946-cı ildə dünyaya göz açıb. Muhsin Ertuğrul, Beklan
Alqan, Ayla Alqan, Haldun Taner, Melih Cevdet Anday və Nurettin Sevindən teatr
təhsili alıb. 1976-cı ildə Almaniyaya gedib. Brextin tələbəsi Benno Besson və
Mattias Lankofla baş assistent, dramaturq və aktrisa kimi Berlin, Paris, Aviqnon,
Lion, Münhen, Frankfurt, Bochum şəhər teatrlarında işləyib. Paris Vincennes
Universiteti fəaliyyətinə görə ona doktorantura işini müdafiə etmə haqqını verib.
Kitabları 17 dilə tərcümə edilib.
Əsərləri: “Qaragöz Almaniyada” (pyes, 1982), “Xadimənin karyerası” (pyes,
1984), “Ana dili” (həyat tarixçəsi, 1990), “Kəloğlan Almaniyada” (pyes, 1991),
“Həyat karvansaradır” (roman, 1992), “Haliçli körpü” (roman, 1998), “Nuhun
gəmisi” (pyes, 2000), “Güzgüdəki həyət” (həyat tarixçəsi, 2001), “Qəribə ulduzlar
dünyaya baxırlar gözlərini qırpmadan (roman, 2003), “Öz-özünün dərzisi olan
qozbel” (hekayə), “Pəri qızı” (pyes, 2010), “Qürbətdə ölmək” (pyes, 2011).
ISBN:
2009873155242
Janr:
Hekayə
Nəşriyyat:
Alatoran Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Əminə Sevgi Özdamar
Səhifə sayı:
113
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar