Həkim və yazıçı Reyçel Klark bir uşağın ürəyinin digərinin bədəninə doğru zamanla yarışan yolunu izləyərkən transplantasiya elminin heyrətamiz tarixinə — 1967-ci ildə baş tutan ilk uğurlu insan ürəyi transplantasiyasına aparan ən önəmli nailiyyətlər və müvəffəqiyyətsizliklərin necə bu günün mürəkkəb cərrahiyyəsinə qapı açdığına təkrarsız bir üslubda işıq tutur. O, tibbin ən parlaq, ən möhtəşəm uğuru olan transplantasiyanın arxasında təkcə həkimlər, tibb bacıları, immunoloqlar, alimlər və başqa mütəxəssislər yox, həyatlarının ən ağır anında qərar verməli olan donor ailələrin də olduğunu oxucuya yaddaşından heç vaxt silinməyəcək qədər həssaslıqla çatdırır. “Bir ürəyin hekayəsi” ölüm və həyatın bir-birinə toxunduğu nöqtə, tibbin inanılmaz imkanları və bir ailənin ən böyük itkisinin başqa bir ailə üçün gələcəyə çevrilməsi haqqında gerçək hekayədir.
ISBN:
9789952857184
Janr:
Müasir xarici nəşr
Nəşriyyat:
Nebula Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Rachel Clarke
Səhifə sayı:
312
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar