Roman, kiçik bir Anadolu şəhərində yaşayan otelçi (Mürşüd) ilə otelin daimi müştərilərindən birinin (Mədənçi) dostluqlarından bəhs edərək oxucuları insan olmağın çətinlikləri üzərində düşünməyə sövq edərkən bir tərəfdən də Türkiyə qarşısındakı əsas məsələləri, yaxın keçmişdəki ictimai travma yaradan hadisələrə diqqət çəkir.
Kitabın iki əsas qəhrəmanı öz içlərində bildikləri, amma göz yumduqları günahlarının ağırlığı səbəbindən Dünya Ağrısı çəkirlər.
Ayfer Tunçun «Dünya ağrısı» romanı yeni türk nəsrinin ən xarakterik nümunələrindən biridir. Bu nəsr ənənəvi türk prozasından, hətta Orxan Pamukun əsərələrindən də çox fərqlənir. Yazıçı zahiri hadisələrə deyil, qəhrəmanlarının ruhi aləminin ən incə nüanslarına belə, baş vurmağa çalışır. Bu zaman yazıçı təsvir zamanı elə aludə olur ki, hətta lüzumsuz təfərrüatlara da yol verir. Roman kiçik bir mehmanxana sahibinin ailəsinin timsalında müasir türk xalqının həyatının ən realist təsvirlərindən biridir və bu cəhətdən maraqla oxunur.
ISBN:
9789952367126
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Ayfer Tunç
Səhifə sayı:
392
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Ayfer Tunç müəllifi olduğu bu kitabda kiçik bir mehmanxana sahibinin ailəsindən elə təsirli yazıbki. Hər kəsi oxumağa vadar edir. Kitabın bir iki səhifəsini oxumağa başladınızsa əlinizdən düšürə bilməyəcəksiniz.
Bənzər məhsullar