Ərəb dramaturgiyası və romançılığının pionerlərindən sayılan Tofiq əl-Həkim 1929-1934-cü illərdə Misirin müxtəlif şəhərlərində prokuror köməkçisi vəzifəsində çalışır. Bu illər ərzində Tofiq əl-Həkim öz bədii təxəyyülü sayəsində məhkəmə zalını teatr səhnəsinə, hakim və müttəhimi isə aktyora çevirir və göstərir ki, məhkəmə proseduru, əslində, gündüz vaxtı nümayiş etdirilən və aktyorların qrimsiz səhnəyə çıxdığı tamaşadır.
Misirli ədib prokuror soyuqqanlılığı ilə yazıçı həssaslığını birləşdirərək qanun qarşısında aciz qalan kiçik insanların böyük kədərini və ironik taleyini ustalıqla təsvir edir. Hekayələrdə həmçinin Misir insanının həyat tərzi, saflığı və amansız reallıqlar qarşısındakı mübarizəsi oxucunun gözü qarşısında canlı bir tablo kimi canlanır.
ISBN:
9789952580846
Janr:
Hekayə
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Tofiq əl-Həkim
Səhifə sayı:
176
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar