Bu, Lent.az-da yayımlanmış "Əsir düşərgəsi" layihəsi əsasında tərtib olunan ikinci kitabdır. Burada toplanan doqquz hekayət Qarabağ müharibəsində ermənilərin əsir və girov götürdüyü insanların üzləşdikləri işgəncə və zorakılıqdan, yaşadıqları dəhşətlərdən bəhs edir. "Cəhənnəmdə böyük çığırtı" adlı birinci kitabda olduğu kimi, burada da hekayətlər əsir və girovların öz dilindən qələmə alınıb. Kitabın məqsədi Qarabağ müharibəsi həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılması yönündə daha bir addım atmaqdır. Müharibənin günahsız insanların taleyinə vurduğu silinməz zərbə və damğaları yenidən cəmiyyətə göstərmək, erməni vandalizminin şahidi olmuş insanların iztirablarını onların öz dilindən təqdim etməkdir. Bir çox faktlar geniş ictimaiyyətə ilk dəfədir ki, çatdırılır. Kitabda 1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına yazılaraq, Qarabağda döyüşən Türkiyə vətəndaşı Atilla Yumakın əsirlikdə yaşadıqlarından, eyni zamanda, 1995-ci ildə Şuşa həbsxanasında saxlanılan əsirlərin məruz qaldığı işgəncələrə etirazını bildirmiş Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi, əsirlərin öz aralarında "qoruyucu mələyimiz" adlandırdığı İsveçrə vətəndaşı Pyer Reyçelin göstərdiyi fədakarlıqdan da söhbət açılır.
ISBN:
9789952513899
Janr:
Roman
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Vüsalə Məmmədova
Səhifə sayı:
236
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Kitabın birinci hissəsini oxumuşdum, indi de ikinci hissəsini oxuyuram. Hekayələr çox ağrılı, çox dəhşətlidir. Bütün dünya bu ədalətsizliyi görməli və qəbul etməlidir.
Bənzər məhsullar