Bu kitabda yazıçı Etibar Muradxanlının 90-cı illərində qələmə aldığı oxuyacağınız “Əsirin əsiri” və “Şeytan Balası” povestləri yazıçının ilk qələm təcrübələri olsa da, kitab şəklində birinci dəfədir ki, işıq üzü görür.
“Əsirin əsiri” elmi fantastika, “Şeytan Balası” isə antiutopiya janrında yazılıb. Hər iki povest xaos və qaranlıqla, soyuq və ümidsizliklə dolu 90-cı illər insanını narahat edən milli və bəşəri, siyasi və mənəvi problemlərə həsr olunub. Hər iki povest esxatoloji ovqata köklənib, qiyamət vahiməsi ilə yüklənib. Mənəvi-daxili azadlıq ideyası isə bu povestlərdən qırmızı xətlə keçir və əsas qəhrəmanların mübarizəsində əks olunur.
Məhsulun kodu:9789952369236
Janr:
Povest
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Etibar Muradxanlı
Səhifə sayı:
136
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər1
Bu kitabı oxuduqca zamanın insanı necə tələyə düşürdüyünü, mənəvi boşluqların necə yarandığını dərindən anlamış oldum Müasir dövrün çətinlikləri və insanların ona məğlub olmasını sübüt edir müəllif. Mütləq oxuyun.
şərhlər1