Elə bu vaxt nərgizlərin ətrinə yarpız qoxusu qarışdı, o döyükə-döyükə qadına baxdı: - Bu nəyin qoxusudur? O isə: - Yarpızın, qızım, - deyib qoşa qəbrin ayaq tərəfindəki məzarı göstərdi. Bütün məzarlardan nərgiz, süsən boylanır, bəs bu məzarın üstünə nə üçün yarpız əkiblər? Qızım, qəbir üstünə əkilən yarpız xəyanətin əlamətidir. Sevgilisinə xəyanət edənlərin məzarına, rəvayətə görə, yarpız əkirlər. Həlimə birdən-birə duruxdu, haradansa qulağına yanıqlı bir səs gəldi: "Gülün yarpıza dönsün, sona bülbüllər, Bizdən üz döndərən yar, saçı sünbüllər". O, qulaqlarını tutdu, lakin nə qədər çalışsa da, beynində əks- səda verən səsdən xilas ola bilmədi: "Məni gözlə, bir yaz günü geri dönəcəm. Bax onda bu suları sinəmlə yarıb səni götürəcəm. Əgər sənə xəyanət eləsəm, məzarımda çiçəklər yox, yarpızlar bitsin.
ISBN:
9789952852684
Janr:
Roman
Nəşriyyat:
Kritika
Cild:
Yumşaq
Müəllif:
Naibə Yusif
Səhifə sayı:
211
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar