Uşaq yaşlarında ata-anasını itirdikdən sonra xalası tərəfindən Alp dağlarında bir dağ komasına aparılan Haydi orada babası ilə yaşamalı olur. Haydinin məhəbbəti o qədər saf və təmiz duyğularla doludur ki, hətta Alp Dədənin adamayovuşmaz xasiyyəti belə bu sevgi qarşısında yumşalır. Haydi çoban dostu Peterlə dağda keçi qovaraq əyləncəli günlər keçirir. Lakin bir gün xalasının əmri ilə dağlardan ayrılıb, iflic bir qıza rəfiqəlik etmək üçün cansıxıcı şəhərə yollanır. Xeyirxah Haydinin ürəyi ətrafdakıların həyatını günəş kimi işıqlandırır. Əlbəttə, onlar da qıza dostluq və sevgi ilə cavab verirlər. Dostluq isə əsl möcüzələrə qadirdir... “Haydi” dünya uşaq ədəbiyyatının şedevrlərindəndir. Dərc olunduqdan dərhal sonra məşhurlaşıb və bir neçə Avropa dilinə tərcümə edilib. Dəfələrlə nəşr olunan povest düz doqquz dəfə ekranlaşdırılıb.
İsveçrə yazıçısı İohanna Spirini (1827-1901) dünya şöhrətli yazıçı edən Haydinin ilk nəşrindən 133 il keçməsinə baxmayaraq, Heidi hər yaşda olan insanların sevə-sevə xatırladığı bir obraz olaraq qalmaqdadır.
Kitabın nəşriyyat işi mükəmməldir. Redaktə prosesində ən xırda detallar belə nəzərə alınıb. Cildləmə isə xüsusi tərifə layiqdir həm vizual baxımdan gözəl, həm də praktiki olaraq möhkəmdir. Hiss olunur ki, burada böyük əmək sərf edilib və işini sevən insanlar tərəfindən hazırlanıb.
Turac
19.07.2024 в 23:39
Yazılan rəylərə güvənib almışdıq. Doğrudan da maraqlı hekayəsi var imiş.
Səriyyə Eyvazova
27.06.2024 в 15:13
Mən özüm üçün kitab axtarırdım, saytda. Bir şey diqqətimi çəkdi ki, uşaq kitablarının əksəriyyətində çox sayda oxucu rəyləri var. Bu da balaca kitabsevərlərin daha çox olmasından xəbər verir. Bu mənzərə bir müəllimə olaraq məni çox sevindirdi. Balaca balalarımız nə qədər çox müaliyə etmiş olsalar, gələcəyimizə də bir o, qədər inamla addımlaya bilərik. Mariflənmək hər uşaq üçün mütləqdir!
Seyranova İlkanə
20.06.2024 в 17:45
Sifariş etdiyimiz kitabları gətirən kuryer çox gülərüz və nəzakətli idi. Ali və Nino mağazasına belə xidmət üçün təşəkkür edirəm!
Nəbizadə Bənövşə
17.06.2024 в 20:17
Bizim qız Haydininin cizgi filminə də baxırdı. Bütün gün o, cizgi filmini izlədiyini üçün məndə xəbərdar olmuşdum Haydinin əhvalatından. İndi kitabını almışam gecələr yatanda oxuyuram onun üçün. Mən deyərdim ki, böyük bir əsərdir və kitabda çooxx maraqlıdır. Cizgi filmdə əsl Haydini tam da təsvir edə bilməyiblər. Biz çox bəyəndik bu kitabı.
Könül Hacıyeva
16.06.2024 в 23:00
Qızım üçün bu kitabı sifariş etmişdim. Xoşuna gəir bir vərəqini belə ötürmür. Hər səhifəsini sevə-sevə oxuyur.
Mənzər Yadigarova
13.06.2024 в 23:50
"Haydi" elə maraqlı əsərdir ki, qızım üçün oxudum. O, yuxuladı yatdı. Sora birazda özüm oxudum kitabı. Hekayə də maraqlıdır, birdə sujet xətti var kitabda. Oxuduqca film izləyirmiş kimi gəlirdi mənə.
Zeynalova Kamilə
09.06.2024 в 18:15
Bizimkilər "Haydi"ni sadəcə gecələr oxumaqla kifayətlənmirlər. Günduzlərdə oxumağımı istəyirlər. Böyük qızım özü oxuyur, balaca qızımda mənim oxumağımı istəyir. Kitab bütün günü əlimizdə olur.😍😍
Solmaz Süleymanova
08.06.2024 в 20:23
Haydinin müsbət, sevincli və təbiəti sevən ruhu bizim balacanın da təbiətə və insanlara olan münasibətini dəyişdi. Bundan başqa, Haydinin çətinliklərə baxmayaraq göstərdiyi mübarizə ruhu və pozitiv düşüncəsi uşaqlar üçün əla nümunədir. Onun babası ilə olan münasibətləri və rəfiqəsi Klara ilə olan dostluğu da uşaqlara ailə və dostluğun əhəmiyyətini göstərir.Ümumiyyətlə, "Haydi" kitabı uşaqlara həm əyləncəli, həm də ibrətamiz əsərdir. Mən valideyn olaraq bu kitabı çox bəyəndim!
Tapdıqova Yaqut
06.06.2024 в 17:00
Haydi balaca ürəyində bütüm insanlara, heyvanlara və hətta Alp dağlarına belə sevgi sığdıra bilib. Onu oxuduqdan sonra qızımda heyvanlara qarşı xüsusi sevgi yarandığını görürəm. İblətamiz kitabdır.
Dilarə
05.06.2024 в 20:48
Çox-çox maraqlı hekayədir. Mütləq alın uşaqlarınıza. Mən qızlarıma almışam özüm oxuyuram onlara sakitcə oturub dinləyirlər məni.
Elizbarova İlkanə
04.06.2024 в 22:04
Uşağım üçün "Haydi" kitabını sifariş verdim və o çox xoşbəxt oldu. Balaca Haydinin maraqlı hekayəsi qızımın diqqətini cəlb etdi. Çatdırılma sürətli və kitabın paketlənməsidə da mükəmməl idi. Əla xidmətiniz üçün təşəkkürlər!
Gülşən
04.06.2024 в 20:55
Online sifariş verdim və kitablar qısa zamanda mənə çatdı. Məmnunam.
Xanımgül
01.06.2024 в 22:04
"Haydi"ni bir neçə gün idi görürdüm sizdə. Fikirləşdimki, day uşaqların bayramında sifariş verərəm həmdə qızıma hədiyyə olar. Nəhayət bu gün sifariş verdim. Qızım çooxx sevindi görəndə. İndi başlayıb oxuyur uşaq. Maraqlı olduğunu deyir.
Fərəməzova Rübabə
31.05.2024 в 19:37
Kitabın bu qədər tez çatdırılmasına inanmırdım. Həqiqətən də gözlədiyimdən çox daha tez gəldi. Bir gün ərzində sifarişimi əldə etdim. Bu xidmətdən çox məmnunam. Çox gümanki, bundan sonra bütün sifarişlərimdə ekspress çatdırılma seçimindən istifadə edəcəyəm.
Türkanə Çinarlı
29.05.2024 в 20:46
Mənim qızımda bu kitabı oxuyur, xoşuna gəldiyini deyir. Bütün dostlarına da tövsiyə edir, məndə sizə tövsiyə edirəm.
İlhamə Dadaşova
29.05.2024 в 19:36
Sevgi dolu qəlbi olan Haydi balacara nümunəvi örək olacaq persanajdır. Mən qardaşımın qızına almışam hər axşam birlikdə oxuyuruq.
Kəbirova Ayşən
26.05.2024 в 15:08
"Haydi" kitabını oxumaq həm mənim, həm də oğlum üçün çox xoş oldu. Kitabda təsvir olunan Alp dağlarının gözəlliyi və Haydinin səmimi dostluqları çox mənim oğlumada müstəbət nümunə oldu. "Haydi" kitab balacalar üçün həm tərbiyəvi, həm də əyləncəli kitabdır. Hər axşam bir neçə səhifə oxumasam oğlum yatmaq istəmir. Çox sevdi yeni kitabını.
Billurə
22.05.2024 в 21:02
Sizə bu yaxınlarda uşaqlarım üçün oxuduğum və çox bəyəndiyim "Haydi" adlı əsər haqqında danışmaq istəyirəm. Bu kitab uşaqlar üçün nəzərdə tutulsa da, böyüklərin də maraqla oxuya biləcəyi bir hekayədir. Mənim özümçündə maraqlı gəldi. Kitabın əsas qəhrəmanı, sadə və yumşaq ürəkli balaca Haydi, dağlarda yaşayan babasının yanına köçür və burada yeni bir həyat başlayır. Çoxx-çoxx maraqlı kitabdıq. Uşaqlarımında xoşuna gəldi.
Esmira Əkrəmova
22.05.2024 в 19:49
Haydinin təbiət sevgisini və sadə həyatın gözəlliklərindən zövq alması mənimdə uşalarımda təbiəti sevməyə və qorumağa maraq yaratdı. Haydi onu oxuyan uşaqlara xeyirxahlığın, səmimiyyətin və təbiətə olan sevginin nə qədər dəyərli olduğunu aşılayır. Kitab, dostluq və ailə dəyərlərinin vacibliyini vurğulayır və həyatın çətinliklərini aşmaq üçün əzmkarlığın və sevginin gücünü göstərir. Biz çox sevdik😍😍😍
Təbərik Abuzərova
20.05.2024 в 21:04
Haydi oqədər sevgi dolu bir qızcığazdırki, hətta insanlara qarşı yabaniləşmis balasının belə könlünü yumşaldır və özünü ona sevdirməyi bacarır. Mən oğlun üçün oxuyuram bu kitab. Uşaqlara müsbət örnəklər verir Haydi
Rüstəm Əmirov
17.05.2024 в 14:17
Mən uşaqlarıma kitab alanda daha çox çapınına diqqət edirəm. Bu kitabın səhifələri aydın şəkildə çap olunub. Göz yormur oxuyanda. Rahatlıqla verdim oğlumla qızım oxusun. Kitabın ərsəyə gəlməsində eməyi olan hər kəsə minnətdaram.
Rahibov Ayxan
16.05.2024 в 18:11
"Haydi" balaca oxucular üçün yazılmış möhtəşəm bir əsərdir.👍👍
Behnaz Müşviqova
15.05.2024 в 12:48
Yohanna Spirinə halal olsun "Haydi" ni oqdər etkiləyici yazıbki, mənim özümə belə maraqlı gəldi mövzusu. Mən də uşaqlara almışam. Bizdə uşaqlar özləri oxuyurlar kitablarını. Ancaq mən hər dəfə təzə kitab alanda əvvəl özüm göz gazdirirəm məzmumuna baxıram. Məsləhət biləndə verirəm uşaqlarım oxuyur. "Haydi" həm maraqlıdır həmdə örnək olacaq hekayədir.
Məftunə Elburusova
14.05.2024 в 23:30
Haydinin kitabını məndə almışdım oğluma qızma yatmazdan əvvəl oxudum bu axşam. Xoşlarına gəlmişdi yatmaq istəmirdilər. Deyirlər ana, nə olar bir azda oxuda bizə görən Haydi sonra hara gedib.
Bəxtiyarova Raksana
14.05.2024 в 16:20
Haydi sevgi dolu baca qızdır. Onun əhvalatı çox sakit və maraqlıdır. Haydi dostlarını, babasını, hətta keçilərini belə çox sevir. Bu kitab uşaqlarda ətrafa sevgi aşılayır. Qorxu, şiddət təbliğ edən heç bir səhnə yoxdur bu kitabda. Mən öz oğluma əminliklə verirəm oxuyur. Başqa uşaqlarada məsləhət görürük.
Rahmanova Nərgiz
14.05.2024 в 11:31
Haydi çox ibrətamiz obrazdır! Əyər uşağınıza yeni kitab almağı düşünürsünüzsə mütləq bu kitabı seçin. Mən özüm oxuyuram qızıma təkcə Haydi deyil, onun dostlarıra balacalara düzgün örnək sevir. Mənim qızım Haydinin cizgi filminədə baxır fikir verirəm ki, uşaq özünü Haydiyə bənzətmək istəyir. Çox-çox maraqlı kitabdır.
Günay
12.05.2024 в 16:52
Qızımın Haydinin kitabını görəndə bu qədər sevinəcəyini təxmin etmemiştim! Atası ona sifariş vermişdi. Az öncə gəlib kitab. Qızım görəmdə sevincindən havaya uçurdu.😍😍😍
"
Həşimova Güllü
12.05.2024 в 14:16
"Haydi"nin cizgi filmidə var. Hədsiz dərəcədə maraqlıdır. Mənim qızım izləyirdi o, cizgi filmi. Nə yalan deyim bəzən özümdə uşaqla bərabər oturub baxırdım. Nə yaxşı kitabınıda ana dilimizə tərcümə etmisiniz, "Haydi"nin. Haydi balaca amma çox ağıllı bir qızcığazdır. O, babası və dostları Petər, Riko, Teresa ilə yaşadıqları Alp dağının ətəyindəki qəsəbədə maraqlı zaman keçirir. Haydi mehriban və sadiq dost persanajıdır. O, balacalara örnək olacaq qəhrəmandır. Onuda deyimki, kitabını oxumaq cizgi filminə baxmaqdan qat-qat maraqlı oldu. Hər gecə qızıma oxuyuram diqqətlə qulaq asır mənə.