Abxaz kökləri olan sovet rus yazıçısı Fazil İskəndər 1929-cu il mart ayının 6-da Suxumidə kərpic zavodunun İran əsilli keçmiş sahibinin ailəsində anadan olmuşdur. 1938-ci ildə gələcək yazıçının atası SSRİ-dən deportasiya olunmuş və oğlunu bir daha görməmişdi. Uşağı abxaz olan anasının Çegem kəndində yaşayan qohumları böyütmüşdü. Əsərlərinin bir çoxunda hadisələr yazıçının uşaqlığının böyük bir hissəsini keçirdiyi məhz həmin kənddə cərəyan edir.
F.İskəndər əsərlərini rus dilində yazmışdır. Bu barədə özü belə deyir. "Mən, şübhəsiz ki, əsərlərində Abxaziyanı tərənnüm edən rus yazıçısıyam. Təəssüf ki, abxaz dilində heç nə yazmamışam. Mən birmənalı olaraq rus mədəniyyətini seçmişəm".
Yazıçı ədəbiyyata 1957-ci ildə işıq üzü görən "Dağ cığırlan" adlanan şeirlər kitabı ilə qədəm qoymuşdur. 1962-ci ildən nəsr əsərləri yazmağa başlamışdır. 1966-cı ildə çap olunan "Kozlotur bürcü" əsərindən sonra yazıçı kimi böyük şöhrət qazanmışdır. F.İskəndərin əsərləri, demək olar ki, bütün Avropa dillərinə tərcümə olunmuşdur.
ISBN:
9789952242584
Janr:
Hekayə
Nəşriyyat:
Altun Kitab
Cild:
Yumşaq
Müəllif:
Fazil İskəndər
Səhifə sayı:
208
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar