Lili Blumun anasını əri vəhşicəsinə döyür. Qadının taleyinə boyun əyərək boşanmaqdan qorxması Lilinin atasına olan nifrətini daha da artırır. Heç vaxt anası kimi olmayacağını və böyüyən kimi evi tərk edəcəyini söyləyən Lili sonradan ona əl qaldıran birinə aşiq olur. Hadisələr getdikcə dramatikləşir və Lili seçim qarşısında qalır...
Məhsulun kodu:9789952389852
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Kolin Huver
Səhifə sayı:
400
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
şərhlər8
Mükəmməl əsərdir ❤️
Kitab çox düşündürücüdür. Mövzu və obrazlar çox yaxşı işlənib, oxuduqca özümü hadisələrin içində hiss etdim.
Sifariş verdiyim kitablar hər zaman yaxşı vəziyyətdə olur və çatdırılma çox sürətlidir. Mağazanızdan razıyam. Romanı da oxumaqdan böyük zövq aldım.
Yazıçının dili o qədər sadə və təsirli idi ki, kitabı oxumaq çox rahat oldu.
Müştəri xidməti çox yaxşıdır. Çatdırılma vaxtında oldu və kitab çox yaxşı qablaşdırılmışdı. Təşəkkürlər.
Son zamanlarda oxuduğum ən maraqlı kitablardan biridir. Çox xoşuma gəldi. Sizə də tövsiyə edirəm.
Hər şey bizimlə bitəcək kitabını türk dilində oxumuşdum, amma öz doğma dilimizdə oxumaq daha çox, xoş təsir etdi mənə. Əsər güclü emosional təsir buraxan bir əsərdir. Hekayə Lily və onun həyatında qarşılaşdığı çətinliklər üzərində cəmləşir, sevgi, ailə və həyatın sınaqlarını dərin bir şəkildə araşdırır. Müəllifin təsirli yazı üslubu oxucunu dərhal hekayənin içinə çəkir və hər bir xarakterin hisslərini dərindən yaşadır. Kitabda toxunulan mövzular cəsarətli və realdır, bu da oxuyarkən insanı düşünməyə və həyatını yenidən qiymətləndirməyə vadar edir. Ümumilikdə, bu əsər, həm ürəkaçan, həm də düşündürücü təsir bağışlayan bir əsərdir. Hər kəsə tövsiyə edirəm. 👍👍👍❤️❤️❤️❤️
Özün götür xidməti ilə sifariş verdim. Çünki istəyirdim işdən çıxıb evə gedəndə bu kitabı alım. Çox rahat oldu. Ali və Nino mağazasının filialından götürdüm, heç bir problem olmadı. Evə çatar-çatmaz başlamış oxumağa.
şərhlər8