Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Crescent Mall-da “It Ends With Us” əsəri əsasında zorakılığa qarşı müzakirə keçirildi

Ötən gün Avropa İttifaqının “Qadınlara və qızlara qarşı zorakılığın dayandırılması — Hər şey bizdən başlayır” təşəbbüsü çərçivəsində Crescent Mall-da yerləşən mağazamızda Colleen Hoover-in “It Ends With Us” kitabı əsasında xüsusi müzakirə tədbiri keçirildi.

Tədbirdə Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Mariyana Kuyundziç də iştirak edərək gender əsaslı zorakılığın cəmiyyət üçün nə qədər ciddi problem olduğuna diqqət çəkdi. Müzakirə zamanı romanın məişət zorakılığı ilə bağlı mesajları, real həyatda bu halların qarşısının necə alınmalı olduğu və maarifləndirmənin rolu geniş şəkildə müzakirə edildi.

📚 Görüşün əsas məqsədləri:
• gender əsaslı zorakılıq barədə məlumatlılığı artırmaq;
• “It Ends With Us” əsəri vasitəsilə məişət zorakılığı mövzusunu gündəmə gətirmək;
• ekspertlər, gənclər və oxucular arasında açıq dialoq yaratmaq;
• kampaniyanın mesajını daha geniş auditoriyaya çatdırmaq.

Tədbir zorakılığa qarşı mübarizədə həm maarifləndirici, həm də birləşdirici bir platforma kimi böyük əhəmiyyət daşıdı.

Məqalədə qeyd olunan məhsullar
25.46 AZN 26.80 AZN
It Ends with Us: A Novel
ədəd
11.04 AZN 12.99 AZN
Hər şey bizimlə bitəcək
ədəd
21.24 AZN 23.60 AZN
Bizimle Basladi Bizimle Bitti
ədəd
16.47 AZN 18.30 AZN
Все закончится на нас
ədəd