Bu kitab oxucunu yaponların uzunömürlü və mənalı həyatlarının sirrini təşkil edən ikigai konsepsiyasını kəşf etməyə dəvət edir. Yaponların inancına görə, hər insanın beş əsas sütunun kəsişməsindən yaranan özünəməxsus ikigaisi var. Ken Moqi isə bu sirri kiçik, yumşaq və füsunkar kitabda sənə təqdim edir. İkigai həyatınıza dərinlik və harmoniya gətirəcək həyat fəlsəfəsidir. Bu kitab öz varlığınızın dəyərini kəşf etmək və daha dolğun bir həyat yaşamaq üçün sizə ilham verəcək. Əgər sən də özünə “Nə üçün yaşayırıq?” sualını verirsən, sonra da diqqətin sosial şəbəkədəki pişik videosuna yönəlirsə, bu kitab sə-
nin üçündür! 😸
İkigai səhərlər səni yorğan altından dartıb çıxaran səbəbdir! Bəli-bəli, bu kitabda nə möcüzə var, nə də milyarder olmağın sirri, sadəcə, günə həvəslə başlamağın, kiçik şeylərdən zövq almağın yolları var.