"İnsani fəlakət" 4 povestdən ibarət romandır. Hər povestin öz qəhrəmanı olsa da, əsas qəhrəman Aqşindir. Aqşin Vətən, torpaq uğrunda vuruşmağı həyatının mənası hesab edir. Təhsilini yarımçıq qoyub, könüllü Qarabağ müharibəsinə gedir. Adi mövqe müharibəsindən Zəfər yürüşünədək, adi əsgərdən rota komandirinədək şərəfli döyüş yolu keçir. Müharibədə əsl dostlar qazansa da, dost itgisinin acısını da hiss edir...
Müəllif əsər boyu əsas suala cavab axtarır: Müharibə - gorəsən, bu nədir? Bəşəriyyətə qənim kəsilən dəhşətli fəlakərdirmi, insanlığın düşməni olan təhlükəli yoluxucu xəstəlikdirmi, bəlkə adamyeyən həmin qorxunc təkgöz divdir, nağıldan düşüb gəlib?! Sonda bu qərara gəlir ki, müharibə insan əli ilə yaradılan insani fəlakətdir. Deməli, müharibənin qarşısını almaq olar və lazımdır...
Cild:
Bərk
Müəllif:
Qalib Arif
Səhifə sayı:
208
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar