İvi Vudzun “İtmiş kitab dükanı” romanı kitabsevərlər üçün əvəzsizdir. Çünki əsərin mövzusu, ana xətti, cərəyan edən əsas proseslər, baş qəhrəmanların həyatı birbaşa kitablarla bağlıdır. İki müxtəlif zamanda baş verən hadisələrin 3 əsas qəhrəmanı var: həyatın qadınlar üçün daha mürəkkəb olduğu dövrdə cəmiyyətin qanunlarına tabe olmayan, razılaşdırılmış nikahdan boyun qaçıraraq gələcəyini öz əlləri ilə qurmaq istəyən və buna görə başına müsibətlər açılan Opalin, digəri onun itmiş kitab dükanını, əlyazmalarını axtaran Henri və nəhayət, bu yolda Henriyə özü də bilmədən kömək edən başıbəlalı Marta... Roman o qədər təsirlidir ki, bəzi məqamlarda hisslərinizə hakim ola bilməyəcəksiniz. İvi Vudz hadisələri bir-biri ilə ecazkar şəkildə bağlayaraq oxucunu darıxmağa qoymur.
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
İvi Vudz
Səhifə sayı:
496
Dil:
Azərbaycan
Метка:
TEZLİKLƏ!
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar