Danimarkalı gənc yazar Tomas Korsqordun debüt romanı olan “Kaş kimsə gələrdi…”.
Danimarkada əyalətdə böyüyən bir yeniyetmənin miskin, qayğılı, valideyn diqqətindən kənarda qalan, ürəkdağlayan həyatını təsvir edir. Əsərin qəhrəmanı Tue üç bacı-qardaşın ən böyüyüdür. Ata bankdan kredit götürərək heyvandarlıqla məşğul olur. Özünəməxsus tərzdə ailəni idarə etməyə, hər şeyi nəzarətində saxlamağa çalışır.
Ana daha çox öz otağında oturub onlayn kazino oynayır, uşaqlarla isə heç maraqlanmır. Kazinoda pulları dalbadal uduzandan sonra borclu olmadığı adam qalmır. Valideyn qayğısı, diqqəti, himayəsi görməyən uşaqlar Danimarka əyalətlərində çətin şərtlər altında necə yaşayır, necə oxuyur, həmyaşıdları ilə necə münasibət qurur?
İdeal sandığımız Danimarka cəmiyyəti haqqında mifləri darmadağın edəcək, Şimali Avropanın iç üzünü açacaq möhtəşəm roman artıq Azərbaycan dilindədir.
ISBN:
2009873155174
Janr:
Roman
Nəşriyyat:
Alatoran Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Tomas Korsqord
Səhifə sayı:
262
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar