Körpüsalanlar İlyas Əfəndiyevin yaradıcılığında özünəməxsus yer tutan və oxucular tərəfindən maraqla oxunan əsərdir. XX əsrin ortalarında dərc olunan bu əsəri Mərkəzi Komitə qadağan edir. Baş qəhrəman Səriyyənin əxlaq qaydalarını pozduğunu və bunun cəmiyyətdə problemlər yaradacağı isə səbəb olaraq göstərilir.
Əsərdə o dövr üçün yeni olan konsepsiyaya – qadın azadlığı və problemləri məsələsinə fərqli baxış bucağı ilə toxunulur. Səriyyə ədəbiyyatımızda meydana gələn yeni qadın obrazlarından biridir. Romanda quruculuq, inkişaf və istehsal əsas fon olaraq qalır. Bu fonda Səriyyənin mürəkkəb daxili dünyası, onu ağuşuna alan qəribə duyğular, Adilin düşdüyü çətin vəziyyət və verdiyi reaksiyalar canlı, dolğun təsvirlərlə, koloritli dialoqlara, hərəkətli təhkiyə ilə gücləndirilib oxucuya ötürülür.
ISBN:
200923378406
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
İlyas Əfəndiyev
Səhifə sayı:
160
Dil:
Azərbaycan
Seriya:
Azərbaycan Klassikləri
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 1
Müxtəlif təbəqələrdən olan insanların həyatlarının kəsişməsi mövzusunda yazılmış əsərdir. Hər kəs öz həyatında körpülər qurur, lakin bu körpülərin bizi hansı istiqamətə apardığını bilmək həmişə mümkün olmur. Buna misal olaraq əsərin qəhrəmanlarından biri olan "Səriyyə" obrazını göstərmək olar.
Bənzər məhsullar
Bununla birlikdə alırlar