İki gənc və iddialı qadın... İki tale... Dünyaya iki fərqli baxış... Biri kollektivin, dəstənin, birliyin gücünə inanır, digəri isə yalquzaqlığı seçməklə tənhalığın, fərdin gücünə... Biri tək qalmaqdan qorxur, digəri isə adam arasında olmaqdan... Onların qarşıdurması qaçılmazdır. Bəs kim qalib gələcək? Nikol O’Konnor və Monika Mak İntir 1970-ci illərdən ta 2050-ci ilə qədər müharibələr, terror hücumları və casusluq əməlləri arasında bir-biri ilə dayanmadan və amansız şəkildə mübarizə aparırlar. Onların düşmənçiliyi dünyanın dörd bir tərəfinə yayılır. Nəticədə planet nəhəng bir şahmat taxtasına çevrilir, biz insanlar isə bu oyunun fiqurlarına. Bəlkə elə siz də özünüzün xəbəriniz olmadan onların əlində sadəcə bir piyadasınız? Bernar Verber bu möhtəşəm romanda strategiya sənətinin görünməyən incə və qaranlıq tərəflərini iki qadın qəhrəmanın obrazında istedadla açaraq bizi nəfəskəsici macəralarla dolu maraqlı bir səyahətə aparır.
““Kraliçaların diaqonalı” bədii fantastika ilə geosiyasəti mükəmməl şəkildə birləşdirən bir romandır”.
ISBN:
9789952599152
Janr:
Roman
Nəşriyyat:
Teas Press Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Bernar Verber
Səhifə sayı:
496
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar