İlk ekzistensialist filosoflardan sayılan danimarkalı sosial tənqidçi və teoloq Kyerkeqor kainatdan yox, canlı həyatdan yazırdı. “Mövcudluq nədir?” onun üçün ən fundamental sual idi – bütün elmi-yaradıcı fəaliyyətinin mahiyyətini bu suala cavab tapmaqda görürdü. Çünki nə Kant, nə də Hegel mövcudluq haqqında suala qənaətbəxş cavab vermişdi – onlar ilkin problemi nəzərdən qaçırmışdılar.
Hər iki filosofa görə rasional sistem rasional aləmi zərurətə çevirirdi. Əql isə yalnız öz suallarına cavab verir: subyektiv “mən” əqlin sərhədləri kənarındadır.
Kyerkeqor bunu yaxşı anlayırdı. Kitab filosofun həyatı və yaradıcılığı haqqında ən vacib məlumatları yığcam şəkildə təqdim edir – zamana qənaət etməklə onu tanımaq şansı verir.
ISBN:
9789952389579
Janr:
Bioqrafiya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Pol Stretern
Səhifə sayı:
72
Dil:
Azərbaycan
Seriya:
90 dəqiqə
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
Kyerkeqorun fəlsəfəsini qısa müddətdə öyrənmək istəyənlər oxusunlar. Həyatın mənası, ekzistensializm və fərdin cəmiyyətdəki rolu haqda maraqlı fikirlər təqdim olunur. Mən xüsusilə onun 'seçim' fəlsəfəsinə vuruldum bu ideya insan həyatını daha dərindən anlamağa kömək edir.
Kyerkeqorun fəlsəfəsi ilə tanış olmaq istəyirsinizə o zaman oxuyun! Onun insan azadlığı və mənəvi dəyərlər haqqında dərindən düşündürən fikirləri insanı həyatın mənasını daha dərindən anlamağa sövq edir. Kitab eyni zamanda sadə tərzdə yalıb. Kyerkeqorun fəlsəfəsini qısa müddətdə mənimsəyə bildim.👍🏻👍🏻
Bənzər məhsullar
Bununla birlikdə alırlar