“Lal gəmilər” sayca müəllifin ilk kitabıdır. Kitabda sevgi, təbiət, müharibə, vətən, ayrılıq mövzularında yazılmış şeirlər toplanıb. Qarabağ savaşı və onun insanların taleyinə gətirdiyi itki və mənəvi istirabları olduqca dolğun təsvir edən müəllif allaha sığınmaqla bir növ bütün əziyyətlərdən qurtulmaq istəyir, son nəticədə kədər göz yaşları qüdrətli ordunun yaşatdığı qələbə sevincinə qarışıb yoxa çıxır. Bir az nəfəsini dərən yorğun şair öz oxucularına yapon şeiri olan haykuları təqdim edir. Müəllif istər şeirləri, istərsə də esselərində sanki külli-aləmi danışdırmaq istəyir. Hər kəs kitabda özünə aid çox mətləbləri tapacaq, hər bir oxucu bu kitabın sanki onun üçün yazıldığını hiss edəcəkdir.
şərhlər0
şərhlər