Bu səs-küylü dünyada sakit qalmaq, bəlkə də, ən böyük üsyandır.
Ronan Heşinin bu ilk romanı həyatı kənardan və səssizcə izləməyi seçən iki yaxın dostun – Leonard və Hanqri Polun hekayəsidir. Onlar gözəgörünməz, tamamilə adi, bəzən bir az yöndəmsiz, amma ürəkləri dünya qədər geniş cavanlardır. Müasir dünyanın səs-küyündən qaçan bu iki dost günlərini valideynlərinin qayğısına qalmaqla, stolüstü oyunlar oynamaqla, səssizcə kitab oxuyub quşlara tamaşa etməklə keçirir. Qəhrəmanlarımız sürətdən başı gicəllənən bu tələskən əsrdə nəyisə zorla, kiminləsə mübarizə apararaq əldə etməyə çalışmırlar, sadəcə etinasız yanaşdığımız xırda, adi sevinclərlə ömürlərinə məna qatırlar. Bu kitabda dünyanı silkələyən böhranlar, dolaşıq intriqalar və ya tragik dramlar yoxdur. Əksinə, burada hər kəsin ehtiyac duyduğu unudulmuş dəyərlər – mərhəmət, hüzur və ruh dincliyi var.
Yeri gələndə yumoristik, gah da müdrik üslubu ilə seçilən, bəzən insanı azca kövrəldən “Leonard və Hanqri Pol” bizi ürəyimizin səsini dinləməyə çağırır. Səhifələri vərəqlədikcə adamın içini isidən, qəlbini ümidlə dolduran bu kitab lap sonda bizə o ən səmimi, bəlkə də, ən vacib sualı verir: Bu səs-küylü dünyada insan öz səssizliyi ilə bir iz qoya bilərmi?
“Səssiz bir əzəmətə malik bu əsər müdrik olduğu qədər yumoristik, yenilikçi olduğu qədər də kövrəkdir. Ronan Heşin bir çox yazıçılara o qədər də maraqlı gəlməyən sadə həyatlarda, adi dostluqlarda qızıl axtarışına çıxır və nəhayət, o qızılı tapır! Bu, insanın ruhuna dinclik gətirən bir kitabdır – belə əsərlərə isə hamımızın ehtiyacı var”.
— Dayana Setterfild (Diane Setterfield),
“The Thirteenth Tale” romanının müəllifi
“İlahi, romanın necə də bənzərsiz bir səsi var. Möhtəşəmdir və indidən artıq kult klassikaya çevrildiyini hiss etdirir. Ovsunlandım, birnəfəsə oxudum”.
— Donal Rayan (Donal Ryan),
“The Spinning Heart” romanının müəllifi
“Həyatın kiçik, amma dəyərli sevinclərini füsunkar bir səmimiyyətlə mədh edən kitab”.
— The Guardian
ISBN:
9789952864557
Janr:
Roman
Nəşriyyat:
Strauss Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Ronan Heşin
Səhifə sayı:
265
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar