Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−5%

Malina

Müəllif: İnqeborq Baxmann
Artikul: 9789957885670
Ölçü vahidi: ədəd
13.30 AZN
14 AZN
Qənaət 0.70 AZN
Onlayna özəl qiymət
Mövcuddur
İnqeborq Baxmannın “Malina” romanı XX əsr Avropa ədəbiyyatının ən mürəkkəb və sarsıdıcı mətnlərindən biridir. 1971-ci ildə nəşr olunanda tənqidçilər onu həm “sirli bir sevgi romanı”, həm də “ruhun sonsuz imkanları haqqında əsər” adlandırmışdı. Doğrudan da, roman zahirdə sadə bir sevgi hekayəsi kimi başlayır: Vyanada yaşayan bir qadın İvan adlı kişiyə vurulub yaşayır və eyni evdə Malina ilə qalır. Lakin mətn irəlilədikcə bu münasibətin klassik sevgi süjeti olmadığı aydınlaşır. Romanın üç fiqurundan ikisi – təhkiyəçi qadın və Malina – eyni şüurun iki tərəfi kimi oxunur: sevən, parçalanan, qorxan tərəf və onu nəzarətdə saxlamağa çalışan rasional tərəf. Malina obrazı əsərdə kişi kimi təqdim olunur; o, sakit, ölçülü və nəzarətçi bir fiqurdur. Onun kişi olaraq verilməsi təsadüfi deyil, o həm şüurun rasional hissəsini, həm də patriarxal nizamın daxilə yerləşmiş səsini təcəssüm etdirir. İvan isə xarici dünyanın, arzu və sevginin real ünvanıdır. Beləliklə, “Malina” ən qeyri-adi üçbucaq hekayəsidir: iki fiqur bir varlığın içində birləşir, lakin hər biri eyni zamanda “ikidir”. “Malina”nın poetik quruluşu klassik nəsrdən uzaqdır. Mətn bəzən dialoq, bəzən səhnə, bəzən də musiqi partiturası kimi oxunur. Ritm işarələri və ton dəyişmələri şüurun parçalanmasını ifadə edir. Reallıq və hallüsinasiyanın sərhədləri silinir; hadisələrdən çox psixikanın daxili prosesləri ön plana çıxır. Romanın finalı sərt bir nəticəyə gətirir: insan yaşaya bilmək üçün öz hisslərini susdurduqda, daxilindəki canlı hissəni itirir. “Malina” həm sevgi haqqında, həm də insanın öz şüurunda itib getməsi haqqında romandır. Bu, bir qadının yoxa çıxmasının hekayəsi olmaqla yanaşı, müasir insanın daxili özünüməhv mexanizminin poetik və fəlsəfi təsviridir.
ISBN:
9789957885670
Janr:
Roman
Nəşriyyat:
Alatoran Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
İnqeborq Baxmann
Səhifə sayı:
331
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
22.94 AZN 26.99 AZN
Sehrbaz
ədəd
12.74 AZN 14.99 AZN
Tehranda kitab dükanı
ədəd
16.92 AZN 19.90 AZN
Kağız saray
ədəd
8.49 AZN 9.99 AZN
Tatar çölü
ədəd
11.89 AZN 13.99 AZN
Onun gözləri
ədəd
11.04 AZN 12.99 AZN
Kreml sehrbazı
ədəd
12.74 AZN 14.99 AZN
Silkanın ömür yolu
ədəd
10.19 AZN 11.99 AZN
Zəvvarlıq
ədəd
5.09 AZN 5.99 AZN
Əsl ehtiras
ədəd
5.09 AZN 5.99 AZN
Əhvalat
ədəd
8.49 AZN 9.99 AZN
Mənə kömək et
ədəd
14.37 AZN 16.90 AZN
Buyruqlar
ədəd
16.99 AZN 19.99 AZN
Sarı Günəşin yarısı
ədəd
10.19 AZN 11.99 AZN
Yara
ədəd
11.89 AZN 13.99 AZN
Çempionlar üçün səhər yeməyi
ədəd
12.74 AZN 14.99 AZN
Dərviş və ölüm
ədəd
14.44 AZN 16.99 AZN
Güzgüdəki qadın
ədəd
9.34 AZN 10.99 AZN
Mənim payım
ədəd
9.77 AZN 11.49 AZN
Və dağlardan səda gəldi
ədəd
10.19 AZN 11.99 AZN
Parfümer
ədəd