Fransız yazıçısı Şarl Perronun XVII əsrdə yazdığı bir nağıl sonradan təkcə dünya ədəbiyyatının yox, həm də mədəniyyət araşdırmalarının məşhur anlayışlarından birini yaratdı: Mavi saqqal! Nağılda Mavi saqqal çox imkanlı bir adamdır, ancaq əsrarəngiz şəkildə kiminlə evlənirsə, bir müddət sonra həmin qadın yoxa çıxır… Mavi saqqal yeni həyat yoldaşına böyük qəsrindəki bütün otaqların açarlarını verir, yalnız bir otağa girməyi qəti qadağan edir. Maraq qadına güc gəlir, həmin otağa girir və görür ki, burada Mavi Saqqalın yoxa çıxan həyat yoldaşlarının cəsədləri var. Bu “yasaq otaq” motivi xeyli ölkələrin folklorunda, ədəbiyyatında var. Bizim ədəbiyyatımızda bu, “qırxıncı otaq” anlayışı ilə ifadə edilib.
“Mavi saqqal” və “qırxıncı otaq” anlayışları ört-basdır edilənlərlə üzləşmək, bilginin yasaq meyvəsini dadmağın bədəlləri ilə bağlı metaforalardır. Şarl Perronun dövründə bu metaforanın əxlaqi mesajı vardı, yəni maraq təhlükəlidir. Ancaq zaman keçdikcə, bu yasaq qapını açmağa cürət edənlər günahkar yox, azadlığın, özünü tanımağın rəmzinə çevrildilər.
“Mavi saqqalın sirri” kitabı özü və özgəsi ilə üzləşməkdən qorxmayan böyük yazıçıların, düşüncə adamlarının seçmə esselərindən ibarətdir.
ISBN:
9789952612271
Janr:
Esse
Nəşriyyat:
Çardaq Nəşriyyatı
Cild:
Yumşaq
Səhifə sayı:
328
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar