Toy ərəfəsində olan gənc Nərminlə nişanlısı Fərhadın
qəfil ayrılığı silsilə qətllərlə müşayiət olunur. Əvvəlcə
Fərhadın özünün qəzaya düşərək ölməsi xəbəri yayılır.
Dalınca Nərminin anası öldürülür. Sonra gənc bir qadın...
Daha sonra tanınmış bir həkim... Qatil öldürdüyü adamların
ovcunda Nərminə sevgi məktubu göndərir. Beləliklə,
şübhələr qəzada öldüyü ehtimal olunan Fərhadın üzərində
cəmləşir.
Belə bir vəziyyətdə cinayət-axtarış şöbəsinin rəisi İmran
bəy işə başlayır. Nərmin də anasının qatilini tapmaq
və ətrafındakı müəmmanı çözmək üçün ona yardım edir.
Lakin iş getdikcə çətinə düşür. Hətta İmranın hüquq-mühafizə
orqanlarından kənarlaşdırılması ilə nəticələnir.
İnadkar qəhrəman isə geri durmur. İşi sona çatdırıb qatili
yaxalayır.
Kitabda maraqlı detektiv süjet qarışıq sevgi münasibətləri
ilə çarpazlaşaraq mürəkkəb bir düyünə çevrilir. Finala
doğru bu düyün açılır və hər şey oxucu üçün aydınlaşır.
Lakin heç kimin gözləmədiyi qeyri-adi bir sürprizlə...
ISBN:
2000923380720
Janr:
Detektiv
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mürşüd Mehdi
Səhifə sayı:
400
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar