📚 İyun Ayında Əli və Nino Kitab Klubunda Oxuduqlarımız
İyunun günəşli havası, sərin kitab səhifələri və dərin müzakirələrlə dolu kitab klubumuz bu ay da dörd fərqli dildə, dörd fərqli dünyaya qapı açır. Kitabsevərləri bir araya gətirən "Əli və Nino" kitab klubu bu dəfə həm yerli ədəbiyyata, həm də dünya yazıçılarına toxunur. Gəlin, birlikdə baxaq iyun ayının oxu siyahısına:
Azərbaycan dilində kitab klubu:
📖 Mürşüd Mehdi – Məktubdakı qadın
🗓 Görüş: 22 iyun, saat 13:00
İyunun ikinci yarısında oxucularımızı müasir Azərbaycan ədəbiyyatının maraqlı simalarından biri olan Mürşüd Mehdi ilə tanış edirik. “Məktubdakı qadın” romanında keçmişlə bu günün, susqunluqla ifadənin toqquşduğu bir qadın hekayəsinə şahid olacağıq.
Qeyd edək ki, bu dəfəki görüşdə müəllif Mürşüd Mehdi özü də iştirak edəcək, oxucuları maraqlandıran sualları birbaşa cavablandıracaq. Görüş çay masası arxasında, səmimi söhbət formatında keçiriləcək.
Rus dilində Kitab Klubu:
📖 Pərinuş Sənii – Моя доля (Mənim payım)
🗓 Görüş: 29 iyun, saat 13:00
İranlı yazıçı Pərinuş Səniinin bu təsirli romanı bizi İran cəmiyyətində bir qadının mübarizəsi ilə tanış edir. Ailənin, cəmiyyətin və ən çox da susqunluğun içindən keçərək öz səsini tapan bir qadının həyat hekayəsini müzakirə edəcəyik.
İngilis dilində kitab klubu:
📖 R.F. Kuang – Yellowface
🗓 Görüş: 15 iyun, saat 12:30
Bestseller siyahılarında yer alan bu satirik roman müasir ədəbi dünyanın qaranlıq tərəflərini ifşa edir. Irq, müəlliflik hüquqları və ədəbi ədalət mövzusunda düşündürən, yerindən silkələyən bir əsər. İngilis dilli oxucularımızla bu kitabı birlikdə çözəcəyik.
👧 Uşaq Kitab Klubu:
🗓 Görüş: 22 iyun, saat 11:00
Ən balaca oxucularımız üçün iyunun sonunda yenidən görüşürük! Onlara maraqlı kitablar, əyləncəli sual-cavablar və yaradıcı tapşırıqlarla dolu unudulmaz bir kitab macərası yaşadacağıq. Hər zaman olduğu kimi, uşaqlara kitab sevgisi aşılamaq bizim üçün böyük bir sevincdir!
❤️ Sən də bizə qoşul!
Əgər sən də kitab oxumağı sevirsənsə və düşüncələrini paylaşmaq, yeni fikirlərlə tanış olmaq istəyirsənsə, “Əli və Nino” kitab klubunda sənin yerin var! Görüşlərimiz kitabsevərlərin səmimi və açıq dialoqu üçün əsl fürsətdir.
Görüşlər "Əli və Nino" Crescent Mall mağazasında keçirilir.