Bir öpüş bir anlıqdır...
Lakin min öpüş bir ömür boyu davam edir.
Bir oğlan və bir qız.
Bir anda qurulan və uzun müddət qopmayan, nə zamanın, nə məsafələrin qıra bilməyəcəyi bir bağ.
Əbədi bir bağ.
Ya da belə olduğuna inanmışdılar.
On yeddi yaşlı Run Kristiansen doğma ölkəsi Nor-
veçdən Corciyadakı Blossom Qrouv qəsəbəsinə qayıdarkən ancaq bir şey barədə fikirləşirdi: ruhunun ikinci yarısı, onun qayıtmasını gözləyəcəyinə söz vermiş qız
niyə heç nəyi izah etməyə ehtiyac belə görmədən onu həyatından çıxartmışdı?
Runun ürəyi iki il əvvəl, Poppi bir kəlmə demədən onu tərk edəndə sınmışdı. Lakin bir ürəyin, həqiqətən, necə sındığını məsələnin əsl üzünü öyrənəndə biləcəkdi.
“Min öpüş” göz yaşlarınızı saxlaya bilmədən oxuyacağınız romantik bir məhəbbətdən bəhs edir.