Flamand dünyasının bu möhtəşəm klassik əsərində yazıçı Feliks Timmermans tarixdə həqiqətən mövcud olmuş Müqəddəs Fransis haqqında onun dini baxışlarını təsvir edir.
İnsanın və yaşamın dərin anlayışını, nüfuzlu şərhini ortaya qoyur. Yumor, pafos və qəribə bir gözəllik ilə dolu olan bu sənətkarlıq nümunəsi poeziya və sadəliyin birləşməsidir ki, birlikdə Müqəddəs Fransisin ruhunu doldurur.
Budur tam olaraq Müqəddəs Fransis obrazı – şair, zahid, stiqmatist, yoxsulların və cüzamlıların xidmətçisi, möcüzə yaradan insan obrazındakı mələk. Amma hər şeydən əvvəl, burada Müqəddəs Fransisin ruhu var.
Kitab Avropanın ən təlatümlü, Xaç yürüşlərinin tuğyan etdiyi 12-ci əsr Avropasının gündəlik həyatını və din-sosium münasibətlərini mükəmməl şəkildə təsvir edir.
ISBN:
9789955787655
Janr:
Roman
Nəşriyyat:
Alatoran Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Feliks Timmermans
Səhifə sayı:
260
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar