Həyat mərhələlərdən ibarətdir. Tam “hər şey bitdi” dediyiniz an, unutmayın ki, bitən sadəcə o mərhələlərdən biridir. Önünüzdə isə yeni bir başlanğıc var. Bəs bu mərhələlər nə vaxt bitir? Mən ölümdən sonra bitər, deyə düşünmüşdüm. Ölümdən sonra belə, yeni bir mərhələ başlandı. Ölümdən sonrakı şizofreniya... Bu mərhələ isə məni əlimə qələm alıb, yazıçı olmağa vadar etdi. Bax, görürsünüz, hətta şizofreniya belə bir başlanğıc imiş. Eynilə, alman yazıçısı Herman Hessenin də dediyi kimi: «Sözün əsl mənasında, dəlilik hər cür müdrikliyin başlanğıcı olduğu kimi, şizofreniya da hər bir sənətin, hər bir fantaziyanın başlanğıcıdır». Və son olaraq, bu kitabı oxumağa başlamazdan əvvəl, unutmayın ki, ölümün saatı yoxdur. Sudan ucuz səbəblərə görə, küsülü qalmayın sevdiklərinizdən. Həyat bəzən iki dəqiqəlik üzr istəyəcək vaxtı belə çox görər insana...
ISBN:
2001041264633
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mirəsgər Muradlı
Səhifə sayı:
208
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Müəllifin qələmi o qədər güclüdür ki, hər bir cümləsi insanı dərin düşüncələrə aparır. Bəyəndim.
Bənzər məhsullar