Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−5%

Ölümsüz ailə

Nəşriyyat: İzə
Müəllif: Natali Bebbit
Artikul: 9789952463149
Ölçü vahidi: ədəd
8.55 AZN
9 AZN
Qənaət 0.45 AZN
Onlayna özəl qiymət
Mövcuddur

“…Ölümün özü də doğum kimi çarxın bir parçasıdır. Çarxın bir parçası ilə razılaşıb o birini inkar etmək olmaz. Bütövün bir parçası olmaq bir lütfdür”. “Ölüm yoxdursa, həyatın nə mənası var?! Ona heç həyat da demək olmaz. Biz yaşamırıq, Vinni, yol kənarındakı daşlar kimi sadəcə varıq”. Meşənin ortasında ölümsüzlük gətirən sirli bir bulaq... Bu bulağın suyundan içib ölümsüzlüyü dadan, lakin buna şad olmayan bir ailə... On yaşlı Vinni meşəyə yollanır. Lakin o heç ağlına da gətirməzdi ki, bu səsiz meşəlikdə onu hansı macəralar gözləyir: sehrli bulaq, əsrarəngiz bir ailə və ömrünün sonunadək qorumağa söz verdiyi bir sirr. Vinni meşədəki bulaqdan bir qurtum su içmək istəyir. Lakin ölümsüz ailə, yəni Tak ailəsi bu gözəl qızın bulaqdan su içməsinə mane olur. Çünki onlar Vinninin axıb-gedən həyatın, dayanmadan dəyişən təbiətin bir parçası olmasını istəyir, bu gözəllikdən məhrum qalmasına könülləri razı olmur. Görkəmli yazıçı Natali Bebbitin “Ölümsüz ailə” romanı milyonlarla oxucunun sevgisini qazanmış, dünyanın bir çox dillərinə tərcümə edilmiş və iki dəfə ekranlaşdırılmışdır. Hətta bu roman ABŞ və Avropa məktəblərinin tədris proqramına salınmışdır. “Tuck Everlasting” (“Ölümsüz ailə”) romanı gənclər üçün ən yaxşı roman kimi Yanuş Korçak (Janusz Korczak Award) və 1976-cı ildə Kristofer (Christopher Award) mükafatına layiq görülmüşdür. Roman “Ala-nın məşhur kitabı” adını almış və “Horn Book” fanfar jurnalının siyahısına daxil edilmişdir. 2005-ci ildə roman məşhur müəllif, redaktor və tənqidçi Anita Silviya (Anita Silvey) tərəfindən “Uşaqlar üçün 100 ən yaxşı kitab” siyahısına daxil edilmişdir. 2007-ci ildə aparılan onlayn sorğu əsasında Milli Təhsil Assosiasiyası (National Education Association (NEA)) tərəfindən kitab “müəllimlərdən şagirdlərə 100 ən yaxşı kitab” siyahısına daxil edilmişdir. 2012-ci ildə “School Library Journal” tərəfindən dərc edilən sorğu nəticəsinə görə “bütün dövrlərin 100 ən yaxşı kitabı” siyahısında 16-cı yeri tutmuşdur. Brodvey teatrında Roman əsasında səhnəyə qoyulan müzikl “2015-2016-cı illər ərzində ən yaxşı kosyum dizaynı” kateqoriyasında “Tony Award” mükafatına namizəd göstərilmişdir.

ISBN:
9789952463149
Janr:
Roman
Nəşriyyat:
İzə
Cild:
Yumşaq
Müəllif:
Natali Bebbit
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
AB
Abbas

Kitabın çap keyfiyyəti əladır. Əli və Nino hər zaman ümidləri doğruldur..

5 / 5
5 ulduz 1 4 ulduz 0 3 ulduz 0 2 ulduz 0 1 ulduz 0 Qiymətləndirmə olmadan 0
Bənzər məhsullar
9.59 AZN 11.99 AZN
Yara
ədəd
11.19 AZN 13.99 AZN
Çempionlar üçün səhər yeməyi
ədəd
11.99 AZN 14.99 AZN
Dərviş və ölüm
ədəd
13.59 AZN 16.99 AZN
Güzgüdəki qadın
ədəd
8.79 AZN 10.99 AZN
Mənim payım
ədəd
10.32 AZN 12.90 AZN
Yüz ilin tənhalığı
ədəd
9.19 AZN 11.49 AZN
Və dağlardan səda gəldi
ədəd
9.59 AZN 11.99 AZN
Parfümer
ədəd
11.52 AZN 14.40 AZN
Auşvits qızı
ədəd
12.79 AZN 15.99 AZN
Şüşənin səsi
ədəd
11.92 AZN 14.90 AZN
Sonda hər ikisi ölür
ədəd
9.59 AZN 11.99 AZN
Qorxulu Tehran
ədəd
14.32 AZN 17.90 AZN
Qız, qadın, digəri
ədəd
15.12 AZN 18.90 AZN
Səmərqənd eşelonu
ədəd
9.19 AZN 11.49 AZN
Çərpələng uçuran
ədəd
4.72 AZN 5.90 AZN
Ulduz Saatı
ədəd
7.19 AZN 8.99 AZN
Qısa xəttə qısa deyə bilənlərin hekayəsi
ədəd
11.19 AZN 13.99 AZN
Daş və kölgə
ədəd
14.39 AZN 17.99 AZN
Bütün dağılmış yerlər
ədəd
7.99 AZN 9.99 AZN
İsanın ölümü
ədəd