On yeddi il əvvəl baş vermiş ağır avtomobil qəzasından sonra məş-hur riyaziyyat professorunun yaddaşı cəmi səksən dəqiqəlik müddəti əhatə edir. Hər yeni tanışlıq, hər yeni hadisə onun üçün sanki ilk dəfə yaşanır. Keçmişini unutmasa da, indiki zamanı yadda saxlaya bilmir və buna görə də gündəlik həyatını paltarlarına sancdığı qeydlərin köməyi ilə davam etdirir.
Bir gün onun evinə yeni ev işçisi gəlir. Əvvəlki işçilərin heç biri pro-fessorla uzun müddət işləyə bilməsə də, bu sadə və qayğıkeş qadın onun tənhalığının arxasında gizlənən həssas insanı görür. Hər gün özünü yenidən təqdim etməli olsa da, professorla arasında getdikcə dərinləşən dostluq yaranır. Professor ona rəqəmlərin ecazkar dünya-sını, riyaziyyatın ahəngini və gözəlliyini öyrədir.
Yoko Oqavanın bu zərif və təsirli romanı yaddaşın kövrəkliyi, insan münasibətlərinin gücü və riyaziyyatın gözlənilməz poetikası haqqın-da unudulmaz hekayədir.
Dünyanın müxtəlif ölkələrində yüz minlərlə oxucunun qəlbini fəth edən "Professor və xidmətçi" oxucunu rəqəmlərin soyuq görünən dünyasında insan qəlbinin ən isti duyğularını tapmağa dəvət edir
ISBN:
9789952558661
Janr:
Müasir xarici nəşr
Nəşriyyat:
Qədim Qala Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Yoko Oqava
Səhifə sayı:
192
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar