Əlinizdə tutduğunuz kitab həyatın ən vacib mövzularından biri olan pul məsələlərini daha yaxşı anlamağı öyrədən hekayələr toplusudur. Morqan Hauzel daha düzgün maliyyə qərarları qəbul etmək və sərvət sahibi olmaq üçün insan davranışını anlamağın vacibliyindən danışır. Çünki pullarınızın idarə edilməsi sizin birbaşa olaraq biliyinizdən deyil, məhz ona münasibətinizdən asılıdır. Bəzən çox ağıllı insanlara belə
bunları öyrənmək çətin gəlir.
Bu, düşüncə tərzini dəyişməklə maddi rifahını qaldırmağı qarşısına məqsəd qoyan insanlar üçün səhifələrində dəyərli məsləhətlər verən kitablardandır. Siz maliyyə fırıldaqlarını anlaya biləcək, lazım gəldiyi təqdirdə ifrat xərclər etməkdən qaça biləcəksiniz.
Real həyatdan götürülmüş nümunələr və uğur hekayələri çox ilhamvericidir. Kitabı çox bəyəndim
Pulun insan davranışına, düşüncəsinə və qərarlarına necə təsir etdiyini oxumaq çox maraqlı idi. Kitab mənə sadəcə maliyyə idarəçiliyini deyil, həm də insan psixologiyasını daha dərindən başa düşməyə kömək etdi. Qərarlarımızı emosiyalarımızın necə idarə etdiyini göstərən hissələr yadda qalan idi. Pulun yalnız maddi vasitə deyil, həm də bizim həyat seçimlərimizə təsir edən güclü amil olduğunu daha yaxşı görməy olur.
Tərcümə çox pisdir almaq istəyənlərə tövsiyəm odur ki Azərbaycan dilində oxumağa kitab axtararırsınızsa belə mürəkkəb kitablar almayın ya kiril əlifbası ilə yazılmış köhnə kitablar oxuyun ya da ingiliscə, belə heç nə başa düşmək olmur
Pulun psixologiyası kitabı məni çox düşündürdü və təsirləndirdi. Oxumağı sevən hər kəsə tövsiyə edirəm.
Alış-veriş prosesindən çox məmnun qaldım. Kitab gözlədiyim kimi keyfiyyətlidir.