Qəfəs bir psixoloji triller
Bakıdakı Mərkəzi Parkda adi axşam gəzintisi zamanı mühasib İlqar qorxunc bir mənzərə ilə qarşılaşır: quru yarpaqların altında bir qadın və iki balaca oğlan uşağının cəsədləri. Heç nə axtarmayan, sakit həyat sürən bu adam birdən-birə qanlı bir faciənin mərkəzinə düşür.
Uşaqlıq dostu, polisin yüksək rütbəli rəisi Rasim hadisəyə qarışır. Lakin tezliklə məlum olur ki, bu sadəcə bir cinayət deyil. İlqara naməlum nömrələrdən gələn təhdidedici mesajlar göstərir ki, qatil onu izləyir… və bəlkə də ondan çox yaxındadır. Polis bölməsinin içində şübhə, qorxu və etibarsızlıq hökm sürür. Hər kəs bir-birinə baxmağa başlayır. Bir zabitin həbsi vəziyyəti həll edirmiş kimi görünür, amma yeni mesaj hər şeyi alt-üst edir: qatil hələ də aralarındadır. Qəfəs – etibar, tənhalıq, psixoloji təzyiq və “kimə inanmaq olar?” sualı üzərində qurulmuş gərgin, tünd atmosferli bir trillerdir. Hər səhifədə oxucunu “səhv adamı günahlandırırıq?” düşüncəsinə sürükləyir.