Lora Çeyz adlı bir qızın 1945-ci ildəki sirli ölümü onu bütün dünyada məşhurlaşdırdı.
Marqaret Etvudun "Kor qatil" romanı bu hadisəni tamamilə yeni bir üslubda təqdim edir.
Hadisədən bir neçə il sonra Loranın bacısı öz xatirələrində zəngin ailənin tarixçəsinə kölgə salan bu faciəvi ölüm haqqında danışır.
Bacının danışdıqları bu qalmaqallı hadisə ilə ahəng təşkil edir. İki sevgili uzaq planetdə kor qatil
haqqında uydurmalar danışıb biri-birini əyləndirirlər.
Əsər Çeyz ailəsini çoxdan təqib edən sirləri aydınlaşdırır və heyrətamiz sonluqla bitir.