İngilis yazıçısı Corc Oruell “Heyvanıstan” adlı romanında tiranlığa çevrilən Stalin administrasiyasını sərt tənqid etdi. Məşhur “1984” əsərində isə bəşəriyyəti naməlum və müxalifətsiz totalitar cəmiyyət təhlükəsindən xəbərdar edirdi. Lakin bu iki böyük əsərdən əvvəl o, 1930-cu illərdə “Yaşasın fikus” romanını yazır və bu romanda özünəməxsus qara yumorla “sinif adlamaq” ehtirasını tənqid edir. Fikus, “sinif adlamaq” istəyən aşağı təbəqə insanları tərəfindən status simvolu olaraq görülən və evlərində saxlanılan çiçək açmayan zanbaq növüdür. Bir reklam agentliyində kopirayter işləyən Qordon Komstok kapitalizmin aləti kimi gördüyü reklama nifrət edir, orta təbəqənin boğucu həyatından qaçır və şeirə üz tutur. Bu səbəbdən o, hətta sevgilisindən ayrılma riskini də alır. Lakin romanın sürpriz sonunu yenə də sevgilisi təyin edəcəkdir.
ISBN:
9789952382983
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Corc Oruell
Səhifə sayı:
280
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 10
Minayə
Əsərin süjet xətti olduqca maraqlıdır, oxuyarkən özümü hadisələrin içində hiss etdim.
Əsmər Nəsibli
Əsər həm mənalı, həm də təsirli idi. Yazıçının təsvirləri məni dərindən təsirləndirdi.
Qılmanov Məcid
İlk baxışdan adi bir bitki kitabı kimi görünə bilər, amma oxuyanda anladım ki, sadəcə bir fikusla belə insan həyatına necə rəng qatıla bilər. Bitki ilə maraqlanan dostlar üçün əsl ilham mənbəyidir!
Ramilə
Sifarişimi asanlıqla verdim və kitablar tez gəldi. Əli və Nino-dan alış-veriş etmək çox rahatdır.
Uğur
Əsərin dili sadə, amma bir o qədər də təsirli idi. Hekayənin emosional dərinliyi məni çox təsirləndirdi. Bəyənərək oxudum.
Nəsirova Sona
Xarici dildən tərcümə olunan kitablar bəzən anlaşılmaz olur, amma bu əsər tam əksinədir. Sözlər, cümlələr çox gözəl şəkildə çatdırılıb.
Əmrullayeva Məleykə
Kitabı sifariş edəndə özüngötür xidmətini seçdim. Ünvan olaraq Alinino mağazasının Sumqayıt filialını göstərdim. İndicə götürüb, çıxmışam mağazadan. Məni nəzakətlə qarşıladı, mağazada işləyənlər. Sağ olsunlar, sifarişimidə qabaqcad haırlayıb qoymuşdular.
Tural
Məndə çox bəyəndim.
Amil
Mənə dəyişik gəldi bu roman. Çox kitablar oxuyuram. Amma belə fərlisinə birinci dəfə idi rast gəlirəm.
Allahayar
Bu yazarın hər kitabımı əla olar. Yenə əvəzolunmaz saatlar yaşatdı. İlk səhifədən içinə çəkdi məni hadisələr