I hissə-Hamiləlik və doğuş
Bu hissədə hamiləlik və doğuşun mütəşəkkil keçməsi üçün zəruri olan məlumatlardan bəhs olunur.
II hissə-Uşaqların yaş qrupları və onların özəllikləri
Bu hissədə uşaqların müxtəlif yaş dövrlərinin özəllikləri və onları fərqləndirən xüsusiyyətlər əks olunmuşdur.
III hissə-Qidalanma
Bu hissədə müxtəlif yaş qruplarında olan uşaqların qidalanmasının düzgün qurulması, ana südünün ölçüyə gəlməz əhəmiyyəti, süd verən ananın həyat tərzi və qidalanma rejimi haqqında geniş şəkildə məlumat verilmişdir.
IV hissə-Uşaqlara qulluq və onlarla düzgün davranış
Bu hissədə müxtəlif yaş qruplarında olan uşaqların düzgün qulluq standartı, yuxu, geyim, gəzinti, möhkəmlənmə tədbirləri, fiziki inkişaf, sinir psixi tərbiyənin əsas elementləri, məntiq və nitqin inkişafı üçün tədbirlər, şəxsiyyətin düzgün formalaşması, cinsdən asılı olaraq tərbiyə, oyuncaqlar və idmanın düzgün seçilməsinə dair məsləhətlər öz əksini tapmışdır.
V hissə-Uşağın səhhətində yarana biləcək problemlər
Bu hissədə uşağın səhhətində yarana biləcək problemlər, onun təhlükəsizliyi, ev şəraitində zəruri olmalı olan tibbi vasitələr, uşaqlarda tez-tez rast gəlinən xəstəlikləri qiymətləndirmək və qarşısını almağa dair məsləhətlər verilmişdir.
VI hissə-Beşikləriniz heç vaxt körpəsiz, körpəniz isə laylasız qalmasın
Bu hissədə uşaqların milli ruhda böyüməsi və sinir-psixi inkişafı üçün layla və oxşamaların əhəmiyyətindən danışılmış və nümunələr verilmişdir
ISBN:
2000003554638
Janr:
Tibb, sağlamlıq
Cild:
Bərk
Müəllif:
Nurəngiz Hacıyeva
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar