Ali təhsil almaq, oxuyub bir yana çıxmaq, arzularına çatmaq istəyi ilə universitetə qəbul imtahanlarını uğurla verib uzaq kənd rayonundan Bakıya gələn gənc qız bir səhvi ucbatından şantaj olunaraq ardıcıl təhdid və tələblərlə üzləşir. Onun davranışında, dünyagörüşündə, mənəviyyatında ciddi və təhlükəli dəyişikliklər baş verməyə başlayır. Romanda qorxu duyğusunun insan həyatında nələrə səbəb ola biləcəyi bir-birindən maraqlı səhnələrlə aydın göstərilib. Həmin qorxu səbəbindən öz dərdini doğmalarına belə açıb deyə bilməyən qız təbii olaraq onlardan soyuyur. Bu onun xarakterində və dünyaya baxışında mənfiyə doğru gedişi sürətləndirir, ailəsi, yaxınları, tələbə yoldaşları, başqa adamlarla arasında dərin uçurum yaranır və nəticə heç də ürəkaçan olmur. Vaxtında lazımi şəkildə qiymətləndirilməyən, qarşısı alınmayan proseslər gənc və köməksiz qızı cinayət girdabına sürükləyir. Sonra isə daha dəhşətli hadisələr baş verir...
ISBN:
2009873129472
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Elxan Elatlı
Səhifə sayı:
400
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar