Kitabda yazıçının yeni hekayələri yer alıb.
“Hekayə yazmaqdakı səbəblərimdən biri keçmişdə qalan, unudulub getməsini istəmədiyim, mən yazmasam birdəfəlik zamanın qaranlığında itəcək insanlara öz kitablarımda yeni həyat qazandırmaqdır. Heç olmasa bir-iki nəfəri unudulmanın burulğanından qurtarırsan - onlara yeni ömür bağışlayırsan. O insanlar özləri də unudulmaq istəməzdi, bəlkə də ən çox qorxduqları şey də elə bu idi. Biz istəsək də, istəməsək də, təəssüflərlə dolu həyatımızda qazana biləcəyimiz, qazanmalı olduğumuz tək müdriklik təəssüf etmədən yaşamağı öyrənmək, bizdən əvvəl yaşamış daha yaxşı insanların hekayətləri ilə tanış olmanın verdiyi təsəlli ilə, göy qübbəsi altında bir iz buraxmadan unudulub getmək olmalıdır..."
Müəllifdən