Sizin səbətiniz boşdur

Və dağlardan səda gəldi

Malın reytinqi:
(4)
Nəşriyyat: Qanun Nəşriyyatı
Müəllif: Xalid Hüseyni

Mövcuddur

Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!

Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.

.

Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * "Özün götür" xidməti ilə
Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə
ISBN: 2000031484631

1952-ci ilin Əfqanıstanı. Abdulla və bacısı Pəri ataları və ögey anaları ilə birlikdə kiçik Şadbağ kəndində yaşayır. Ataları Sabur ailəsini yoxsulluq və sərt qışdan çıxarmaq üçün daim iş axtarışındadır. Elə adı kimi gözəl olan Pəri Abdullanın hər kəsidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. O, Pərinin sevdiyi lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razı olur. Hər gecə balaca çarpayıda qol-boyun, ayaqları bir-birinə dolaşmış halda yatırlar.
Bir gün bacı-qardaş ataları ilə birlikdə səhralıqdan keçərək Kabilə səfər edir. Pəri və Abdulla onları bir-birindən ayrı salacaq taledən xəbərsizdir. Bəzən insan əlini xilas etmək üçün bir barmağından keçməli olur.
Xalid Hüseyni nəsillər və qitələr aşaraq Kabildə başlayıb, Paris, San Fransisko və yunan adası Tinosa qədər gedib çıxan bir hekayə ilə kimliyimizi və həyatımızı müəyyən edən bağlılıqlardan bəhs edir. Müəllif əzizlərimizə qarşı rəftarımızı, etdiyimiz seçimlərin nəticələrini və ən yaxın hesab etdiyimiz kimsələrin ən gözlənilməz davranışlarını insanın daxilinə nüfuz edən bir müdriklik, dərinlik, uzaqgörənlik və mərhəmətlə araşdırır.

Məhsulun kodu: 2000031484631
Метка: Bestseller
Janr: Müasir nəsr
Nəşriyyat: Qanun Nəşriyyatı
Cild: Yumşaq
Müəllif: Xalid Hüseyni
Səhifə sayı: 504
dil: Azərbaycan

şərhlər4

Çox bəyəndim
Və dağlardan səda gəldi - mənim sevimli kitablarımdan biri. Oxuyaraq ağladığım kitab. Hətta indi də dostlarımdan kimsə kitab haqqında fikrimi soruşduqda "divin necə gəlib uşağı" evindən aparması səhnəsi yadıma düşür..
"Və dağlardan səda gəldi" kitabını bütün yeni başlayan oxuculara məsləhət görürəm. Sadə dili və maraqlı süjet xətti var.
Ve daglardan seda geldi menim en sevdiyim kitablardan biridi! Kim bilir Khaled Hosseinin yeni kitabi ne vaxt cixacaq?