Sosial-siyasi vəziyyəti, cəmiyyətdəki nöqsanları, ictimai
həyatdakı qüsurları özünəxas üslubda tənqid edən bu hekayələrdə,
müəllifin eksperimental üslubu və feminist mövqeyi
daha çox diqqət çəkir. Daha çox qısa hekayələri ilə tanınan
yazar Luiza Valenzuela 1970-ci illərdə mövcud olan Argentinadakı
diktaturaya, hərbi xuntaya qarşı etirazını, qəzəbini bu
hekayələrdə əks etdirir. Kitabda toplanan hekayələr həm mövzusuna,
həm ötürdüyü mesaja, həm də üslubi keyfiyyətlərinə
görə olduqca təsirlidir.
Bu kitab siyasi terror, işgəncə, repressiya və sadaladıqlarımızın
insan həyatına təsiri haqqındadır. Müəllif siyasət, nüfuz,
qorxularımızın seks və ölümlə əlaqəsinə diqqət çəkir.
Diktatura dövrünün təşvişli günləri, demokratiya və ədalət
uğrunda mübarizə, insanların sevgi haqqında maraqlı
düşüncələri bu hekayələrin ana xəttini təşkil edir.
ISBN:
9789952388428
Janr:
Hekayə
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Luiza Valenzuela
Səhifə sayı:
176
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 9
Nəhayət, səhvsiz kitablar oxuya bilirəm, əla tərcümə edilib. Bununla üçüncü dəfədir Qanunnan kitab alıram heç birində uyğunsuz sözlər görməmişəm.
Özün götür xidməti mənim üçün rahatdır. Bu gün kitab sifariş vermişdim işdən çıxanda yolüstü götürdüm.
Qanun Nəşriyyatının çap etdiyi bir neçə kitabı oxumuşam. Kitabların keyfiyyətili tartibatı oxumağı dahada maraqlı edir. Ən son sifariş verdiyim bu kitabın çatdırılmasıda məni çox razı saldı. Əyər mən kitabı onlayn mağazadan alıramsa, çatdırılmanın vaxtı mənım üçün önəmli olur. Onlayn sifariş verdiyim kitablar tam vaxtında gəldi və paket çox səliqəli idi. Müştəri xidməti də çox diqqətcildir. Kitab haqqında bir sualım vardı və tez bir zamanda cavab aldım. Belə müsbət keyfiyyətlər gördüyüm üçün növbəti dəfə də oxumaq istədiyim kitabları mütləq Qanun Nəşriyyatının kitablarını seçim edib, Əli və Nino onlayn mağazasından sifariş verməyi düşünürəm. Hər kəsə də məsləhət görürəm!
Mən özüm gənc yaşımda müharibənin qaynar nöqtəsində olmuşam. Bu kitabı oxumaq mənə o illərimi xatırlatdı. Müharidənin gətirdiyi çətinliklərdən söhbət gedir kitabda. Rəpressiya qurbanı olan, işgəncə görən, siyasi qurbanlar haqqda yazıb müəllif.
Luiza Valenzuela maraqlı yazıb bəyəndim.
Kitab güclü siyasi və sosial tənqid təklif etməklə oxuyanı düşünməyə sövq edir. Valenzuelanın dərin xarakterli təhlilləri və cəlbedici hekayələri müasir siyasətin mürəkkəbliklərini və insan təbiətinin dərinliklərini araşdırır. Kitab təkcə siyasətə deyil, həm də insan münasibətlərinə və güc dinamikasına mühüm perspektiv təklif edir.
Kitab oxumaq məni başqa bir dünyaya aparır. Hər səhifədə özümü unuduram.
Mən kitab oxuyanda intirahət edirəm. Yaxşıki sizin saytınız var bu qarlı, şaxtalı havada evdən çıxmadan kitab sifariş etdim. Kuryeriniz ünvanıma çatdırdı. İndi oturmuşam evimdə oxuyuram kitabımı.
Müəllifin müharibə və insan münasibətlərinin mürəkkəbliyini ustalıqla idarə etdiyi güclü əsərdir. Kitab müharibənin fəsadlarını, insanların daxili çəkişmələrini, işıq və qaranlıq tarazlığını izah etməklə mənə dərin düşüncələr təqdim etdi. Qəribə personajların emosional dərinliyini və hadisələrin insan psixologiyasına təsirini təfərrüatlı şəkildə izah edərək təsirli hekayəni ortaya qoyur.
Bənzər məhsullar
Bununla birlikdə alırlar