“Şirvan” seriyalı trilogiyanın üçüncüsü – “Yad et məni” romanı Əzizə Cəfərzadənin bu mövzuda çap olunan sonuncu kitabıdır. Birinci “Vətənə qayıt” romanında müəllif göstərirdi ki, xalqımıza yadelli işğalçılardan sülh, əmin-amanlıq lazımdır. “Aləmdə səsim var mənim” adlı ikinci romanda göstərirdi ki, Azərbaycanın Rusiya tərkibinə daxil edilməsindən sonra artıq sülh əldə edilmişdir, indi xalqımıza maarifl ənmək lazımdır. “Yad et məni” isə XX əsrin əvvəllərində, inqilab illərində xalqımızın həyatı və mübarizə tarix çəsinə həsr olunmuşdur. Trilogiyada ayrıca qəhrəman yoxdur, hər üç əsərin bircə qəhrəmanı vardır ki, o da Azərbaycan xalqıdır. Onu da yaddan çıxarmayaq ki, birinci kitabda Nişat Şirvani, ikinci kitabda Seyid Əzim Şirvani, üçüncü kitabda Səhhət və Sabir kimi dövrünün qabaqcıl münəvvər sənətkarları diqqət mərkəzində durmuşlar.
ISBN:
9789952852530
Janr:
Roman
Nəşriyyat:
Mimta Yayımları
Cild:
Yumşaq
Müəllif:
Əzizə Cəfərzadə
Səhifə sayı:
343
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar