Bu kitab dünya bestselleridir, şəxsiyyətin inkişafı mövzusunda misilsiz bir əsərdir. O, dünyada milyonlarla insana, o cümlədən Amerikanın sabiq prezidenti Bill Klintona, məşhur Larri Kinqə və Stiven Forbsa böyük təsir etmişdir. “Fortune – 500” reytinqinə daxil olan böyük dünya korporasiyalarının bir çoxu “Yeddi vərdiş”də izah olunan effektivlik fəlsəfəsi ilə tanış olmağı öz əməkdaşlarının vəzifə borcu hesab edirlər.
Kitab nə haqqındadır? O, hər şeydən əvvəl, həyat məqsədlərini, insan üstünlüklərini müəyyən etməkdə sistemli yanaşmanı izah və təqdir edir. Bu məqsədlər hər kəsdə müxtəlifdir və bu kitab özünü dərk etməkdə və həyat məqsədlərini dəqiq müəyyənləşdirməkdə yaxşı köməkçidir. İkincisi, bu məqsədlərə çatmağın yollarını da göstərir. Üçüncüsü, “Özünü necə təkmilləşdirmək olar?” sualına cavab verir. Burada imicin dəyişdirilməsindən söhbət getmir, mahiyyətcə özünü təkmilləşdirməkdən, daimi kamilləşməkdən bəhs olunur. Bu problemin sadə həll yolu yoxdur, burada möcüzə gözləmək olmaz. Hər cür pozitiv dəyişikliklər vaxt tələb edir, fəaliyyət və inadkarlıq istəyir.
Bu kitab təbiətin onlara verdiyi potensialı maksimum reallaşdırmağa can atan insanlar üçün əsl yol xəritəsidir.
ISBN:
2000054167962
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Stephen R.Covey
Səhifə sayı:
484
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 5
Kitabı 7 ay öncə almışam, hər gün, hər həftə təkrar-təkrar oxuyub yenidən başlayıram. Tövsiyyə edirəm ki, özünüzlə qeyd dəftəri də götürəsiniz. Çünki hər mütaliədə fərqli bir təcrübə yaşayacaqsınız.
Bu kitab özünü tanımaq və inkişaf etdirmək istəyən hər kəs üçün mükəmməl vasitədir. Çox faydalı məlumatlar var. Bəyəndim mən.
👍👍👍👍👍👍👍👍📖📖📖📖📖📖📖📖📖
Bu kitab mənim kitabxanamın ən qiymətli əsərlərindən biridir. Tanışlarımın da hər birinə məsləhət görmüşəm. Oxumağa dəyir!
Özünü inkişaf kitabları arasında ən dəyərlilərindəndir. 7 vərdiş vasitəsilə inkişaf üçün lazım olan düşüncə tərzlərinə sahib olmağı öyrədir. Öz sahəsinin klassikasıdır 👍🏻
Bənzər məhsullar
Bununla birlikdə alırlar