1881-ci ildən başlayaraq Yunan dövlətinin və cəmiyyətinin tamamilə yenidən qurulması, sənayenin inkişafı və şəhərləşmə ümumən mədəni proseslərə, bu cümlədən ədəbiyyata və dilin inkişafına təsir göstərməyə bilməzdi. XIX əsrin son onilliyində xalq mədəniyyətinin öyrənilməsi, qədim köklərə qayıtmaq uğrunda mübarizə gedir, “hellenosentrist” cərəyanı vüsət alır və nəticədə yeni Yunan ədəbiyyatı yaranmış olur. Bu ədəbiyyatın aparıcı simaları Papadiamantis, Karkavitsas, Vizyinos, Kavafis və başqaları idi.
XX əsrin əvvəllərinin ən mühüm tarixi hadisələri – 1909-cu il hərbi çevrilişi, Balkan müharibələri, I Dünya Müharibəsi sosial məsələləri ön plana çıxarır. O dövr ədəbiyyatında əsas mövzu ruhi ağrı və reallıqla ekzistensial konfliktdir.
Oxuculara təqdim olunan bu antologiyada yeni Yunan ədəbiyyatının yaranmasında əsaslı rol oynamış 3 yazıçı və 1 şairin yaradıcılığından seçmələrə yer verilmişdir.
ISBN:
9789958532771
Janr:
Müasir xarici ədəbiyyat
Nəşriyyat:
Alatoran Nəşriyyatı
Cild:
Yumşaq
Səhifə sayı:
324
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar