Müharibə yalnız şəhərləri, kəndləri deyil, insan talelərini də alt-üst edir. Bəzən bir anın qarışıqlığı ömürlük ayrılığa, illərlə daşınan ağır sirrə çevrilir..."Zərbə" romanında müharibənin amansız burulğanında övladları dəyişik düşən iki rəfiqənin — Tərgül və Gül arənin keçməkeşli taleyi, analıq məhəbbəti və yaşam uğrunda mübarizəsi öz əksini tapır.Erməni əsirliyinin bütün ağrı-acılarını yaşasa da, ləyaqətini və ismətini qorumağı bacaran Tərgül həyatın ən ağır sınaqlarından keçir. Gül arə isə böyütdüyü övladın əslində rəfiqəsinə məxsus olduğunu bilə-bilə, bu həqiqəti doğmalarından gizlədir. İllər keçdikcə qəlbində daşıdığı sirrin ağırlığı onun saçlarına vaxtından əvvəl dən salır.Bir tərəfdə övlad həsrəti, digər tərəfdə itirmək qorxusu... Bir tərəfdə analıq haqqı, digər tərəfdə illərin doğmalaşdırdığı məhəbbət...Öz övladlarını heç kimə, hətta bir-birlərinə belə güzəştə getmək istəməyən bu iki ana sonda həyatın yazılmamış qanunları qarşısında nə qədər aciz olduqlarını dərk edirlər.Bəs tale iki ananı eyni övladın sevgisi ilə sınağa çəkəndə hansı qalib gələcək: həqiqət, yoxsa analıq məhəbbəti?"Zərbə" — müharibənin insan qəlbində açdığı yaralardan, illərlə susdurulan həqiqətlərdən və analıq sevgisinin ən ağır sınağından bəhs edən təsirli romandır.
ISBN:
9789952865424
Janr:
Müasir ədəbiyyat
Nəşriyyat:
Kritika Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Naibə Yusif
Səhifə sayı:
276
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar