Əli və Nino-da Argentina Mədəniyyət Günü: Tanqo, incəsənət və Latın Amerikası ab-havası!
Əli və Nino kitab mağazaları şəbəkəsi Argentina Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində Argentina Mədəniyyət Gününü təşkil edir.
6 noyabr tarixində keçiriləcək tədbir qonaqlara Argentinanın zəngin mədəni irsi, incəsənəti, ədəbiyyatı və ənənələri ilə yaxından tanış olmaq imkanı yaradacaq.
Tədbir proqramı çərçivəsində qonaqları Argentinanın simvoluna çevrilmiş ehtiraslı tanqo rəqsi, imzalı kitabların təqdimatı, rəsm sərgisi və Argentina mətbəxinə məxsus ləzzətli təamlar gözləyir.
Bu xüsusi mədəniyyət günü müxtəlif incəsənət sahələrini bir araya gətirərək iştirakçılara Argentinanın özünəməxsus atmosferini hiss etmək, yeni mədəniyyət kəşf etmək və unudulmaz təəssüratlar qazanmaq fürsəti təqdim edəcək.
Tarix: 6 noyabr
Saat: 18:00
Məkan: Əli və Nino, Crescent Mall, 4-cü mərtəbə
Giriş sərbəstdir.
Argentinanın rəngarəng dünyasını birlikdə kəşf etməyə dəvətlisiniz!