15 noyabrda “Əli və Nino” kitab evinin Crescent Mall-dakı filialında (4-cü mərtəbə) bir gündə iki bayram tədbiri keçirildi.
Gün saat 13:00-da “Kitab görüşü: Bəzəyək, hədiyyə edək” ilə başladı. İştirakçılar sevdikləri kitabları yaradıcı şəkildə qablaşdırdılar. Bunun üçün qablaşdırma kağızından, stikerlərdən və əlfəcinlərdən istifadə etdilər. Hər bağlama sahibinin zövqünü əks etdirən, bənzərsiz bir hədiyyəyə çevrildi. Çay süfrəsi arxasında səmimi söhbətlər edildi, yeni tanışlıqlar quruldu.
Saat 14:30-da isə “Şaxta Babaya məktub yazaq” tədbiri keçirildi. Qonaqlar xüsusi məktub vərəqlərində ən gizli arzularını Şaxta Babaya yazdılar. Sonra məktublarını qablaşdırma kağızı və stikerlərlə bəzədilər. Isti çay və xoş söhbətlər bayram əhvalını daha da artırdı.
İştirak edən hər kəsə təşəkkür edirik! Yeni tədbirlərimizi izləməyi unutmayın.
Əlaqə: +994 51 716 59 11